Papa Fransisk surroqat analığın qadağan edilməsinin lehinə danışıb...
Papa Fransisk surroqat analıq praktikasını “acınacaqlı” adlandırıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə pontifik bazar ertəsi, yanvarın 8-də dövlətlərin Müqəddəs Taxt-tacdakı səfirlərini qəbul edərkən bildirib.
Katolik Kilsəsinin rəhbəri surroqat analığın “qadın və onun uşağının ləyaqətini ciddi şəkildə pozduğu” fikrini ifadə edib. Papa Vatikan xəbərlərində yayımlanan çıxışında “Uşaq müqavilə deyil, həmişə hədiyyədir” deyib.
O, həmçinin qeyd edib ki, surroqat analığın qadağan edilməsi üçün diplomatların və beynəlxalq ictimaiyyətin hərəkətlərinə arxalanır.
Maraqlıdır ki, bundan əvvəl Patriarx Kirill Qərbdə xristianlığın başqa bir dinlə əvəz olunduğunu açıqlamışdı.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB