...Livanın cənubunda radikal şiə qruplaşması “Hizbullah”ın komandirlərindən birinin İsrailin hava hücumu nəticəsində öldürüldüyü iddia edilir. Onun ölümü ilə bağlı ərəb və İsrail mediasında yer alan xəbərləri bazar ertəsi qrupun özü də təsdiqləyib. Visam ət-Tavilin “Hizbullah”ın döyüşə ən hazır bölmələrindən biri sayılan “Radvan” xüsusi təyinatlılarının yüksək səviyyəli komandiri olduğu iddia edilir.
Zərbənin İsraillə sərhəddən 15 kilometr aralıda yerləşən yaşayış məntəqəsinə endirildiyi iddia edilir.
SİA-nın əldə etdiyi məlumata görə, İsrail ordusu hələ ki, bununla bağlı şərh verməyib.
...Deyilənlərə görə, oktyabr ayında ABŞ və Avropa İttifaqında terror qruplaşması kimi tanınan HƏMAS-ın İsrailə hücumundan sonra Livan-İsrail sərhədində 150-dən çox “Hizbullah” döyüşçüsü öldürülüb.
İsrail hərbçiləri arasında da ölənlər var. Atışmalar demək olar ki, hər gün baş verir, lakin onlar hələ genişmiqyaslı hərbi əməliyyatlara çevrilməyib.
Qərb və region ölkələri isə bunun mümkün olmasından ehtiyat edirlər.
Qeyd edək ki, “Hizbullah” İsraili daim təhdid edir və İsrail nümayəndələri israr edirlər ki, dövlətin şimal sərhədinin təhlükəsizliyini təmin etmək lazımdır.
İsrailin baş naziri Binyamin Netanyahunun dediyi kimi, o, bu məqsədə çatmaq üçün dinc vasitələrə üstünlük verir, eyni zamanda güc tətbiq etməyə də hazırdır.
Onu da qeyd edək ki, İranla sıx bağlı olan “Hizbullah”ın nümayəndələri də öz növbəsində İsraili Livanın suverenliyini pozmaqda, o cümlədən Beyrutda HƏMAS liderlərindən birinin bu yaxınlarda öldürülməsi ilə bağlı ittiham edirlər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB