Çanaqqala sahillərində 40 qeyri-qanuni mühacir saxlanılıb

Çanaqqalanın Ayvacık rayonu sahillərində əfqan əsilli 40 qeyri-qanuni mühacir yaxalanıb
Çanaqqala sahillərində 40 qeyri-qanuni mühacir saxlanılıb

Çanaqqalanın Ayvacık rayonu sahillərində əfqan əsilli 40 qeyri-qanuni mühacir yaxalanıb.

Ayvacık sahillərində rezin qayıqda bir qrup qeyri-qanuni mühacirin olduğu barədə məlumat alan Sahil Mühafizə gəmisi bölgəyə cəlb olunub.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Sahil Mühafizəsi qrupları rezin qayıqda Əfqanıstan vətəndaşı olan 40 qeyri-qanuni mühaciri saxlayıb.

Miqrantlar əməliyyatlardan sonra Ayvacıkdakı Miqrasiya İdarəsinə aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə