TOGG yeni modelinin ilk görüntülərini paylaşıb

TOGG yeni modelinin ilk görüntülərini paylaşıb

Türkiyənin Avtomobil Təşəbbüsü Qrupu (TOGG) "CES 2024" istehlak elektronikası və İT sərgisində nümayiş etdirilməsi gözlənilən yeni sedan modelinin ilk tanıtım videosunu paylaşıb.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu barədə TOGG özünün "X" platformasında paylaşım edib.

Yanvarın 9-12-də Las-Veqasda keçiriləcək "CES 2024" sərgisində təqdim edilməsi gözlənilən yeni modelin daha əvvəl elan edilmiş model adlandırma sisteminə görə "T10S" olaraq buraxılacağı təxmin edilir.

Qeyd edək ki, sənaye və texnologiya naziri Mehmet Fatih Kacır TOGG-un sedan modelinin 2024-cü ilin sonunda təqdim ediləcəyini və istehsalın 2025-ci ildə başlayacağını açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə