Qırğızıstan yenilənmiş bayrağını təntənəli şəkildə ucaltdı

Xatırladaq ki, 2023-cü il dekabrın 20-də Qırğızıstan parlamentində “Dövlət rəmzləri haqqında” qanuna dəyişiklik barədə layihə qəbul olunub
Qırğızıstan yenilənmiş bayrağını təntənəli şəkildə ucaltdı

Paytaxt Bişkekin "Ala-Too" əsas meydanında Qırğızıstanın yenilənmiş dövlət bayrağının təntənəli ucaldılma mərasimi keçirilib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Tədbirdə Qırğızıstan Nazirlər Kabinetinin sədri Akılbek Japarov, dövlət katibi Suyunbek Kasmambetov və digər rəsmi şəxslər iştirak ediblər.

Xatırladaq ki, 2023-cü il dekabrın 20-də Qırğızıstan parlamentində “Dövlət rəmzləri haqqında” qanuna dəyişiklik barədə layihə qəbul olunub. Dekabrın 22-də prezident Sadır Japarov dövlət bayrağının dəyişdirilməsi haqqında qanun layihəsini imzalayıb. 2024-cü il yanvarın 1-də səhər saatlarında ölkənin fərqli dizaynlı dövlət bayrağı qaldırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə