Kolumbiya prezidenti Qustavo Petro İsrailin hücumları nəticəsində ölən jurnalistlərlə bağlı “108 jurnalist Qəzza zolağında evlərinə atılan bomba nəticəsində həlak olub” dedi.
SİA-nın əldə etdiyi məlumata görə, sosial media hesabında prezident Petro yazıb: “108 jurnalist Qəzza zolağında evlərinə atılan bomba nəticəsində həlak olub.
Yanvarın 7-də İsrail təyyarələrinin Xan Yunusda növbətçi mətbuat nümayəndələrini aparan maşını vurması nəticəsində jurnalistlər Həmzə Dahduh və Mustafa Turiya həyatlarını itiriblər”.
Qəzza hökumətinin mətbuat ofisindən verilən açıqlamada İsrailin 2023-cü ilin 7 oktyabrında hücumları başladığı gündən bu yana Qəzzada öldürülən jurnalistlərin sayının 109 olduğu bildirilib.
İsrail ordusunun jurnalistlərə qarşı hücumlarını pisləyən bəyanatda media qurumları və insan haqları təşkilatları hücumları pisləməyə və Fələstin xalqına qarşı soyqırımı dayandırmaq üçün İsrailə təzyiq göstərməyə çağırılıb.
Xatırladaq ki, Qəzza zolağında İsrailin hücumu nəticəsində iki fələstinli jurnalist həlak olub: AFP xəbər agentliyində işləyən videojurnalist Mustafa Turiya və “Əl-Cəzirə”nin müxbiri Həmzə Vael Dahduh bazar günü avtomobilləri hədəfə alınan hücumda öldürülüblər.
Təxminən 30 yaşı olan M.Turiya 2019-cu ildən AFP-də videojurnalist olaraq çalışır, Qəzza zolağından AP, “Reuters” xəbər agentlikləri və “Əl-Cəzirə” ilə CNN televiziya kanalları üçün reportaj verirdi. Onunla birlikdə öldürülən H.V.Dahduh Qəzza zolağında “Əl-Cəzirə” ofisini idarə edən və müharibə başlayandan qısa müddət sonra İsrailin hücumu nəticəsində həyat yoldaşını və digər iki uşağını itirən Vael əl-Dahduhun oğlu idi.
Turiya və Dahduh İsrailin Rəfahdakı hücumundan sonra bir evə dəymiş ziyanı sənədləşdirmək üçün bazar günü Qəzza zolağına getmişdilər. Onlar geri dönərkən avtomobillərinə hücum edildi. Şahidlərin AFP-yə verdiyi məlumata görə, avtomobil iki İsrail raketi ilə vurulub. İkinci raket birbaşa sərnişin oturacağında əyləşən Dahduhun üstünə düşüb. Avtomobildə olan üçüncü jurnalist Hasem Rəcəb isə ağır yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB