Nigeriyada silahlı hücum olub, ölənlər var

Nigeriyada silahlı hücum olub, ölənlər var

Qərbi Afrika ölkələrindən olan Nigeriyanın Kaduna əyalətində baş verən silahlı hücumlarda 17 nəfərin həyatını itirdiyi bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Kaduna əyalətinin Kauru rayonunda silahlı dəstə üzvləri 3 kəndə hücum edib. Hücumlarda 17 nəfər həyatını itirib, 58 nəfər qaçırılıb.

Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatlarının hücumları ilə üzləşib. Nigeriyada adam oğurluğu ölümlə cəzalandırılsa da, fidyə müqabilində adam oğurluğu adi haldır. Silahlı insanlar, ümumiyyətlə, ölkənin şimalındakı kəndləri, məktəbləri və səyahətçiləri hədəf alır və yüksək məbləğdə fidyə tələb edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə