İsveçli nazir ölkədə müharibə ilə bağlı xəbərdarlıq edib

İsveçli nazir ölkədə müharibə ilə bağlı xəbərdarlıq edib

İsveçin Mülki Müdafiə naziri Karl Oskar Bohlin İsveçdə müharibə ola biləcəyi ilə bağlı xəbərdarlıq edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Dalarna bölgəsindəki Salen hərbi bazasında təşkil edilən Milli Xalq və Müdafiə Konfransındakı çıxışında Rusiyanın ciddiyə alınması lazım olduğunu bildirən Bohlin İsveçdə də müharibə ola biləcəyini və xalqın müharibəyə hazır olmalı olduğunu deyib: "Avropada onsuz da pis olan təhlükəsizlik vəziyyəti Rusiyanın Ukraynaya hücumu nəticəsində son bir il ərzində daha da pisləşib. Rusiyanın sürətlə yenidən silahlanmasına çox ciddi yanaşmaq lazımdır. Təxminən 210 ilə yaxındır ki, sülh İsveç xalqı üçün xoş yoldaş olub. İndi isə təhlükələr var və mən məsul bir nazir kimi bu faktı İsveç xalqına izah etməliyəm"- deyə, o bildirib.

İsveç hökumətinin ölkənin müharibəyə gedə biləcəyi ilə bağlı zehni şüur ​​yaratmaqla müdafiə qabiliyyətini artırmağa çalışdığını bildirən Bohlin, Ukraynanın Rusiyaya qarşı müqavimətini də nümunə götürdüklərini bildirib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə