...Almaniya sakinləri hazırkı müdafiə naziri Boris Pistoriusu kansler vəzifəsində görmək istəyirlər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu INSA İnstitutunun keçirdiyi rəy sorğusunda da öz təsdiqini tapıb. ...Tədqiqatçılar aydınlaşdırıblar ki, respondentlərin 64,3 faizi hazırkı kansler Olaf Şolsun Pistoriusla əvəzlənməsinin tərəfdarıdır.
Ümumilikdə 1004 nəfər arasında rəy sorğusu aparılıb. Agentliyin məlumatına görə, kanslerin mümkün istefasının səbəbləri arasında ölkədəki ağır daxili vəziyyət, hakim partiyanın reytinqinin aşağı olması və Wirecard fırıldaq qalmaqalı göstərilir.
...Bundan əvvəl ABŞ prezidenti Cozef Baydenin səhhəti ilə əlaqədar prezidentlik yarışından geri çəkilə biləcəyi barədə məlumat yayılmışdı..?
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB