"Tesla” və “SpaceX” direktorlar şuraları hesab edir ki, bu şirkətlərin sahibi İlon Mask narkotik vasitələrdən istifadə edir və bu hal onun aktivlərinin taleyinə təsir edə bilər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Mənbənin sözlərinə görə, şirkətlərdə Maskın mübahisəli fikirlərindən və təxribat xarakterli hərəkətlərindən narahatdırlar.
Şirkət sədrləri İlon Maskın narkotik istifadə etdiyini irəli sürüblər, lakin buna dair sübut təqdim etməyiblər.
Bildirilib ki, Maskın qeyri-qanuni maddələrə aludə olması SpaceX ilə çoxmilyonluq dövlət müqavilələrini təhlükə altına qoya bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB