ABŞ bəzi İsrail nazirlərinin fələstinlilərin Qəzza zolağının hüdudlarından kənara köçürülməsinə çağıran bəyanatlarına qarşıdır.
Bunu ABŞ dövlət katibi Entoni Blinken Qətərin baş naziri Məhəmməd bin Abdel Rəhman Əl Tani ilə birgə mətbuat konfransında deyib.
...Biz bəzi İsrailli nazirlərin və millət vəkillərinin fələstinlilərin Qəzzadan kənara köçürülməsinə çağıran bəyanatlarını rədd edirik.
Blinken vurğulayıb ki, fələstinli mülki vətəndaşlar “şərait imkan verdikdə” evlərinə qayıtmalıdırlar.
“Fələstinlilər Qəzza zolağından çıxmağa məcbur edilməməlidirlər”, - deyə o, yekunlaşdırıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB