Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək üçün..?
Blinken Qətərdə səfərdədir

ABŞ dövlət katibi Antoni Blinken Qətərin paytaxtı Dohaya səfər edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Dövlət Departamentinin rəsmisi Metyu Miller “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Qətər HƏMAS-ın girovlarını azad etmək üçün göstərilən səylərdə mühüm tərəfdaşdır. Blinken ABŞ və Qətər arasında möhkəm münasibətlərin nəticəsi olan kritik koordinasiya səylərini davam etdirmək üçün bu gün Dohadadır”, – Miller qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə