“Daha çox ruslar cinayət törədirlər...”

Titov miqrantlardan qorxmamağa çağırıb
“Daha çox ruslar cinayət törədirlər...”

Rusiyalıların əmək miqrantlarından qorxmaları əsassızdır. SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiyada sahibkarların hüquqlarının müdafiəsi üzrə müvəkkil Boris Titov bildirib.

O, Rusiya Daxili İşlər Nazirliyinin statistikasına istinad edərək bildirib ki, Rusiya vətəndaşları əcnəbilərlə müqayisədə daha çox cinayət törədirlər.

Titov onu da əlavə edib ki, rusların əmək miqrantlarına münasibəti həm də əcnəbilərin rusların işini əlindən alacağı qorxusuna görə mənfidir, lakin onun fikrincə, bu belə deyil.

O, əmindir ki, “Rusların təhsil səviyyəsindən və ixtisaslarından asılı olaraq, güclü tərəflərini, biliklərini istənilən peşədə, istənilən sənayedə, istənilən maaşla tətbiq etmək üçün hər cür imkan var”.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə