Alman nazir Ukraynaya “Taurus” raketlərinin tədarükünə çağırıb

Alman nazir Ukraynaya “Taurus” raketlərinin tədarükünə çağırıb

...Bavariyanın baş naziri və yerli Xristian Sosial Birlik partiyasının rəhbəri Markus Soeder Ukraynaya “Taurus” qanadlı raketlərinin tədarükünə çağırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Soeder Seeon monastırında Xristian Sosial Birliyindən olan Bundestaq deputatlarının qonağı olan konqresində deyib ki, “Taurus”un tədarükü “Ukraynaya özünü daimi pilotsuz təyyarələrin hücumlarından və raket hücumlarından müdafiə etməyə imkan verəcək”.

Partiya nümayəndəsinin fikrincə, bu addım Ukraynaya cəsarət tapmaq şansı verəcək.

Bavariyanın baş naziri də Almaniyada hərbi çağırışın bərpa olunmasının tərəfdarı olduğunu bildirib.

Bundan əvvəl Rusiya Silahlı Qüvvələrinin bir gündə Ukraynanın 109 artilleriya mövqeyini vurduğu bildirilirdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə