...Qanunsuz miqrantlar Dubice-Tserkievne bölməsində Polşa sərhədçilərinə ağac budağı atıblar.
SİA-nın əldə etdiyi məlumata görə, yanvarın 6-da sərhədə yığılan əcnəbilərdən biri Polşaya girməyə cəhd edib, lakin Polşa sərhədçilərini görən kimi o, Belarus ərazisinə geri çəkilib.
Təkcə bu, başqa, deyək ki, Latviya-Belarus və Litva-Belarus sərhədlərində heç bir başqa neqativ hal qeydə alınmayıb.
...Xatırladaq ki, Belarusun Polşa və Litva ilə sərhədlərində miqrasiya böhranı 2021-ci ilin ikinci yarısında yaranıb.
Belə ki, Yaxın Şərq və Afrika ölkələrindən olan miqrantlar qeyri-qanuni yollarla Avropa İttifaqına keçmək üçün Belarusa uçublar.
Qeyd edək ki, Polşa və Litva sərhədçiləri dəfələrlə Belarus sərhədçilərinin miqrantların sərhədi keçməsinə kömək etdiklərini iddia edərək, Belarus hakimiyyətinin Qərbdəki hərəkətlərini hibrid müharibənin bir forması kimi qiymətləndirirlər.
Belarus tərəfi isə “daş atıb başını tutur”...
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB