Bu gün koronavirusa yoluxanların çoxu Rusiyadadır...

Ümumdünya Səhiyyə Təşkilatı xüsusi hərbi əməliyyat başladıqdan sonra Rusiyanın təşkilat üçün hansı rol oynadığını bildirib
Bu gün koronavirusa yoluxanların çoxu Rusiyadadır...

...Rusiya, əvvəlki kimi, Ümumdünya Səhiyyə Təşkilatının bütün qərarlarında iştirak edir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Rusiya Federasiyasındakı nümayəndəsi Melita Vuinoviç TASS-a bildirib.

Onun sözlərinə görə, dünyada, Ukraynada və ya Yaxın Şərqdəki siyasi vəziyyət Moskva ilə təşkilatın qarşılıqlı fəaliyyətinə təsir göstərməyib. Bundan əlavə, Vujnoviç xatırladıb ki, Rusiya Ümumdünya Səhiyyə Təşkilatının yaradıcılarından biridir.

...Yüksək səviyyəli nümayəndə heyətləri siyasi, strateji səviyyədə bütün müzakirələrdə iştirak edirlər. Siyasi səviyyədən danışanda mən səhiyyə siyasətini nəzərdə tuturam. Rusiya beynəlxalq səviyyədə tamamilə hər yerdə Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi bütün qərarlarda iştirak edir.

Bunu Vuinoviç bildirib.

Daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Qebreyesus COVID-19 xəstəliklərinin sayının artması ilə əlaqədar hər kəsi yenidən maskalardan istifadə etməyə çağırıb. O, həmçinin xəstəliyin qarşısını almaq üçün testlərdən keçməyi və peyvənd etməyi məsləhət görüb.

Bu arada Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 28 gün ərzində dünyada koronavirusa yoluxma hallarının sayının artması 52 faizə çatıb. Belə ki, 850 min yoluxma halı qeydə alınıb. Üç nəfər ölüb, 188 min nəfər xəstəxanaya yerləşdirilib, 1,6 min nəfərdən çoxu reanimasiya şöbəsinə yerləşdirilib. Üstəlik, yoluxanların əksəriyyəti, təqribən 279 mindən çoxu Rusiyadadır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə