Qaçqın düşərgəsində dəhşətli yanğın baş verib

Qaçqın düşərgəsində dəhşətli yanğın baş verib

Banqladeşin Koks-Bazar şəhərindəki qaçqın düşərgəsində baş verən yanğında 1000-dən çox çadırın məhv olduğu bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, yanğın zamanı ən azı 1040 qaçqın çadırı tamamilə yanıb.

Hadisə yerinə ezam olunmuş 8 yanğınsöndürmə briqadası yanğını söndürməyə müvəffəq olub, hadisə zamanı insan itkisi qeydə alınmayıb. Yanğın nəticəsində 5-6 min qaçqının evsiz qaldığı xəbərini aldıqlarını bildirilib.

Yanğının təxribat nəticəsində baş verdiyi iddia edilir.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə