ABŞ elan etdi: “O təyyarələrin uçuşları dayandırılır!“

ABŞ elan etdi: “O təyyarələrin uçuşları dayandırılır!“

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) “Boeing 737 MAX 9” tipli təyyarələrin uçuşlarının müvəqqəti dayandırılması ilə bağlı qərar verildiyini bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, qərar dünya üzrə 171 təyyarəni əhatə edəcək. Qərardan sonra THY 5 Boeing 737 MAX 9 təyyarəsini istismardan çıxaracağını açıqlayıb.

ABŞ hava yolları tərəfindən və ya ABŞ sərhədləri daxilində istismar edilən bəzi "Boeing 737 MAX 9" tipli təyyarələrin müvəqqəti olaraq uçuşdan çıxarılması əmri veriləcəyi bildirilib. Açıqlamada qısa müddət ərzində dərc olunacaq "Təcili Uçuşa Yararlılıq Direktivi"nə görə yoxlanılmamış təyyarələrin gələcək uçuşlardan əvvəl yoxlanılmasını tələb edəcəyi və lazımi yoxlamaların təxminən 4-8 saat çəkəcəyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə