Bu şəhərdə qrip epidemiyası elan olunub

Bu şəhərdə qrip epidemiyası elan olunub

Münhendə qripə yoluxanların sayı son üç həftə ərzində sürətlə artıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, qripə yoluxma hallarının artması səbəbindən Robert Koç İnstitutu bütün şəhərdə qrip epidemiyası elan edib.

Belə ki, ilk təqvim həftəsində qripə yoluxma hallarının sayı 155 olub.

Robert Koç İnstitutunun məlumatına görə, yeni xəstəlik qrip, yüksək hərarət, titrəmə, tərləmə, yorğunluq, baş ağrısı, oynaq ağrıları, öskürək, boğaz ağrısı, iştahsızlıq kimi əlamətlərlə özünü göstərir.

Xəstələrin üçdə birində yüngül, digərlərində isə ağır simptomlar müşahidə olunur.

Qeyd edək ki, 2023-cü ilin oktyabr ayından bəri təxminən 16 600 qripə yoluxma faktı aşkarlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə