İsrail ordusu Livan ərazisinə zərbələr endirir

İsrail ordusu Livan ərazisinə zərbələr endirir

İsrail Müdafiə Qüvvələri Livanın Tir şəhərinin cənub hissəsinə zərbələr endirib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Zərbələr “Hizbullah”ın HƏMAS qruplaşmasının siyasi bürosunun sədr müavini Saleh əl-Arurinin Beyrutda öldürülməsinə cavab olaraq İsrailin şimalındakı hərbi bazaya 60-dan çox raket atmasından sonra qeydə alınıb.

Bundan əvvəl İsrail Livan, Qətər və Türkiyə daxil olmaqla, Qəzza zolağından kənarda HƏMAS üzvlərini məhv etməyə çalışacaqlarına söz verib.

Bütün xəbərlər Facebook səhifəmizdə