Rusiyada axtarılırdı, Ermənistanda tapıldı...

Rusiyada axtarılırdı, Ermənistanda tapıldı...

Vətənində dələduzluqda şübhəli bilinən Rusiya vətəndaşı Ermənistan-Gürcüstan sərhədində saxlanılıb. Əvvəllər o, Moskva hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarışa verilmişdi.

Beləliklə, dələduzluq etdiyi üçün axtarışda olan Rusiya vətəndaşı Ermənistan və Gürcüstan sərhədində saxlanılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

...Yanvarın 5-də 2022-ci il aprelin 20-dən dələduzluqda ittiham olunaraq Moskvada hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarışda olan 24 yaşlı Aleksandr S. Baqrataşen sərhəd nəzarəti şöbəsindən Noyemberyan polis şöbəsinə gətirilib.

Artıq şəxsin tapılması barədə məlumat axtarışın təşəbbüskarına ötürülüb.

Digər təfərrüatlar hazırda məlum deyil.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə