Ukrayna prezidenti Vladimir Zelenski Qərb ölkələrini Ukraynaya genişmiqyaslı işğalın başlamasından sonra dondurulmuş Rusiyanın xaricdəki təxminən 300 milyard dollar aktivini ölkəsinə köçürməyə çağırıb. Zelenskinin fikrincə, bu, Rusiyanı “təcavüz üçün ödəyəcək” ədalətli addım olardı.
SİA-nın əldə etdiyi məlumata görə, Zelenski sosial şəbəkədəki X hesabında yazıb ki, “...bu, dünyanın bütün potensial təcavüzkarları üçün düzgün siqnal olacaq: başqa dövlətə hücum dividend gətirmir, təcavüzkar sonda ödəməyə məcbur olur”.
Qeyd edək ki, bundan əvvəl Britaniyanın “Financial Times” qəzeti yazıb ki, Qərb ölkələri Rusiyanın dondurulmuş aktivlərini Ukraynanın xeyrinə müsadirə etməyin yollarını fəal şəkildə araşdırır. Son həftələrdə ABŞ-ın dondurulmuş Rusiya aktivlərinin müsadirəsi ilə bağlı özəl danışıqlarda daha iddialı mövqe tutduğu deyilir.
G7 iclaslarında ABŞ iddia edir ki, aktivlərin müsadirəsi üçün “beynəlxalq hüquqa uyğun” bir yol var.
ABŞ hökumətinin sənədində deyilir ki, “...G7-nin üzvləri və digər dövlətlər Rusiyanı təcavüzünə son qoymağa sövq etmək üçün əks tədbir kimi Rusiyanın aktivlərini müsadirə edə bilərlər”.
Yeri gəlmişkən, bu məsələ fevralda Rusiyanın Ukraynaya təcavüzünün ikinci ildönümü ilə bağlı G7 liderlərinin mümkün görüşündə müzakirə oluna bilər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB