Rusiya və Ukraynanın hərbi səyləri müqayisə edilib

Rusiya və Ukraynanın hərbi səyləri müqayisə edilib

Amerikanın “The Wall Street Journal” qəzeti xüsusi əməliyyat zamanı Rusiya Silahlı Qüvvələri ilə Ukrayna Silahlı Qüvvələrinin hərbi səylərini müqayisə edib. Müəlliflər Rusiyanın Ukraynadan daha çox üstünlüklərə malik olduğunu qeyd ediblər.

Ukrayna yerli hərbi istehsala sərmayə qoyur, lakin o, tam gücü ilə işləyən Rusiyanın daha böyük hərbi sənaye kompleksi ilə müqayisə oluna bilməz.

Müəlliflər materialda qeyd ediblər ki, “Qərb dəstəyi azaldıqca Kiyev daha da geri qala bilər”.

Bundan əlavə, cəbhə xəttində kişilərin olmaması Ukrayna üçün ciddi problemə çevrilir.

Kiyevdəki hakimiyyət indi mümkün qədər çox adamı cəbhəyə göndərməyin yollarını tapmağa çalışır.

Rusiya iqtisadiyyatı sanksiyaların öhdəsindən Qərbin gözlədiyindən daha yaxşı çıxdı. Ölkə Çin və Hindistan kimi alternativ ixrac variantları tapıb.

Ukrayna isə qeyri-müəyyən vəziyyətdədir, Qərbin yardımı azalır və 2024-cü il prezident seçkilərindən sonra ABŞ-ın münasibətinin necə dəyişəcəyi ilə bağlı narahatlıqlar artır.

Müəlliflər yazır ki, kifayət qədər dəstək olmasa, Ukrayna öz kəsirini doldurmaq üçün ağrılı xərcləri azaltmağa və ya hətta pul çap etməyə məcbur ola bilər.

Ukraynalılar getdikcə öz prezidentləri Vladimir Zelenskiyə inamını itirirlər. ABŞ-da isə sorğular göstərir ki, Amerika hakimiyyətinin Ukraynaya həddindən artıq pul göndərdiyinə inananların faizi 7-dən 31-ə yüksəlib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu gün Avropa İttifaqının da Ukraynaya dəstəyi yüksək səviyyədə qalsa da, artıq zəifləmə əlamətlərini görünməkdədir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə