Kim Çen İnin varisi kim olacaq?

Şimali Koreya lideri Kim Çen In qızı ilə mobil raket qurğuları istehsal edən zavoda baş çəkib.

SİA-nın əldə etdiyi məlumata görə, səfərin fotolarını Şimali Koreya Mərkəzi Xəbər Agentliyi dərc edib.

Agentlik qeyd edir ki, Kim istehsalın gedişi ilə ətraflı tanış olub və iri daşıyıcı raketlərə baxış keçirib.

Qeyd edək ki zavodun hansı əyalətdə yerləşdiyi açıqlanmır. Şəkillərdə Hwasong-18 raketləri və Hwasong-17 qitələrarası ballistik raketləri əks olunub.

Cənubi Koreyanın “Yonhap” agentliyi qeyd edir ki, Kim və qızı Kim Joo-ae cütləşdirilmiş şəkilləri seçiblər. Hər ikisinin əynində xəz yaxalıqlı pencək və qara şalvar var.

Şimali Koreya liderinin qızı son vaxtlar daha çox Kim Çen İni ictimai tədbirlərdə müşayiət edir. Cənubi Koreya kəşfiyyatına görə, o, çox güman ki, onun varisi olacaq.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə