Məsələyə BMT Təhlükəsizlik Şurasında baxılacaq...

Məsələyə BMT Təhlükəsizlik Şurasında baxılacaq...

BMT Təhlükəsizlik Şurası çərşənbə günü, yanvarın 10-da Şimalı Koreyanın Rusiyaya ballistik raketlər verməsi və onların Ukraynaya qarşı tətbiqi məsələsinə baxacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa bildirib.

Onun sözlərinə görə, ABŞ Rusiyanın Ukraynanı məhv etmək və xalqını fəth etmək məqsədinə dəstək olaraq üçüncü ölkələrdən aldığı silahlarla bağlı yeni məlumatlar əldə edib.

...Birləşmiş Ştatlar bildirir ki, Rusiyanın Ukraynanı məhv etmək və xalqına tabe etmək məqsədini dəstəkləmək üçün üçüncü ölkələrdən aldığı silahlarla bağlı yeni məlumatlar var. ABŞ-ın məlumatına görə, Şimali Koreya bu yaxınlarda Rusiyaya ballistik raket buraxılış qurğuları və onlarla ballistik raket ötürüb. 30 dekabr 2023-cü ildə Rusiya qüvvələri Şimali Koreyanın bu ballistik raketlərindən ən azı birini Ukraynaya atıb. Yanvarın 2-də Rusiya qoşunları Şimali Koreyadan alınan bir neçə ballistik raketdən yenidən Ukraynaya qarşı istifadə edib.

Bunu yazan Kislitsanın sözlərinə görə, Birləşmiş Ştatlar Rusiyanın “Ukraynanın daha çox mülki infrastrukturunu məhv etmək və ukraynalı mülkiləri öldürmək üçün” Şimali Koreyadan əlavə raketlərdən istifadə etdiyinə inanır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə