Boliviyanın hüquq-mühafizə orqanları ölkə tarixində ən böyük miqdarda - 8,7 ton kokaini müsadirə edib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Boliviya Prezidenti Luis Arse “X” sosial şəbəkə hesabında məlumat verib.
“Biz Boliviya xalqına və beynəlxalq ictimaiyyətə bildiririk ki, Niderlanda göndəriləcək 8,7 ton kokaini müsadirə etdik”, – deyə dövlət başçısı yazıb. Onun qeyd etdiyinə görə, bu, Boliviya tarixində ən böyük narkotik müsadirəsidir.
Boliviya Prezidentinin sözlərinə görə, ələ keçirilən yükün dəyəri 526 milyon dollar qiymətləndirilir.
Boliviyanın daxili işlər naziri Karlos del Kastilonun sözlərinə görə, əməliyyat çərçivəsində yükün sahibi də daxil olmaqla 4 nəfər saxlanılıb. Yükün marşrutu Peru və Panamadan keçməli idi və oradan da Avropaya göndərilməsi planlaşdırılırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB