İsrail ordusunun sözçüsü Daniel Hagari bildirib ki, qarşıdan gələn 2024-cü il İsrail üçün “hərbi əməliyyatlar ili” olacaq. O, Tel-Əvivin ordunun bütün cəbhələrdə daha effektiv fəaliyyət göstərməsinə imkan verəcək dərslər aldığını vurğulayıb.
SİA bu barədə TASS-a istinadən xəbər verir.
2024-cü il müharibə ili olacaq və indi bizə bütün cəbhələrdə daha yaxşı mübarizə aparmağa imkan verəcək dərslər var.
Daniel Haqari deyib bunu.
Bundan əvvəl Fələstin HƏMAS hərəkatının hərbi qanadı Əl-Qəssam Briqadalarının iki komandiri Samir Fundi Əbu Əmir və Əzzam Əl-Əqra Əbu Əmmar Beyrutda hərəkatın Siyasi Büro rəhbərinin müavini Saleh əl-Aruri ilə birlikdə həlak olublar.
Bu, İsrailin HƏMAS-ın Cənubi Beyrutdakı ofisinə endirdiyi zərbə nəticəsində baş verib. Siyasi Büro rəhbərinin müavini və komandirlərinin, eləcə də hərəkatın 4 sıravi döyüşçüsünün ölümünü HƏMAS Siyasi Bürosunun lideri İsmayıl Haniyə də təsdiqləyib və bunun milli miqyaslı faciə olduğunu bildirib.
Bundan sonra HƏMAS girovların dəyişdirilməsi və İsraillə sülh sazişi üzrə danışıqları dayandırıb. Misir və Qətərin vasitəçiliyi ilə aparılan danışıqlarda iştirak edən ərəb mənbələri aydınlaşdırıb ki, son damlanın Siyasi Büro rəhbərinin müavininin qətli olub.
Hazırda diqqət münaqişənin, xüsusən də İsrailin şimalında mümkün eskalasiyasının qarşısını almaqdır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB