“Miss Namibiya” 2022 qalibi Kassia Şarpli ölkədə keçiriləcək növbəti prezident seçkilərində iştirak etmək arzusunda olduğunu açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, TASS bu barədə “The Namibian” nəşrinə istinadən xəbər verir.
Xatırladaq ki, Namibiyada növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçirilməlidir. “Bərabərlik və ədalət əsasında” prezident olmağı planlaşdırdığını söyləyən Şarpli, pərəstişkarlarını onun siyasi karyerasını sosial mediada izləməyə təşviq edir.
Üstəlik, Namibiya qanunlarına görə, ölkə prezidenti postuna namizədin yaşı 35-dən aşağı olmamalıdır, Şarplinin isə cəmi 23 yaşı var.
...Qələbə qabiliyyətimə inamım yoxdur. Mən bir gənc qadın kimi köklü dəyişiklik gətirmək üçün paradiqma dəyişikliyinə ehtiyacı olan bir ölkəyə təsir edəcəyimə əminəm. Kifayət qədər resursumuz var, kifayət qədər insanımız var, lakin müasir dünyada uğura can atmağın nə demək olduğunu başa düşən nəsil üçün investisiya cəlb etmək və iş yerləri yaratmaq üçün aktuallıq hissi yoxdur.
Bunu deyən Şarpli, qalib gələrsə, yoxsulluğun yüksək səviyyəsi ilə (ölkə əhalisinin təxminən 43 faizi yoxsuldur-A.B.) mübarizə aparacağına, gəncləri ölkəni inkişaf etdirməsinə, resurslarını tükəndirməyən layihələrin həyata keçirilməsinə cəlb edəcəyini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB