Əfqanıstanda zəlzələ olub

Əfqanıstanda 5,1 maqnitudalı zəlzələ olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin verilənlərindən məlum olub.

Seysmohadisənin episentri əhalisi təqribən 161 min nəfər olan Kunduz şəhərindən 116 km uzaqlıqda yerləşib. Zəlzələnin ocağı 60 km dərinlikdə olub.

Bütün xəbərlər Facebook səhifəmizdə