İsrail HƏMAS liderlərindən birinin ölümünə görə cəzalanacaq?

İsrail HƏMAS liderlərindən birinin ölümünə görə cəzalanacaq?

Livanın radikal şiə qruplaşması "Hizbullah"ın lideri Şeyx Həsən Nəsrullah ABŞ və Avropa İttifaqında terror qruplaşması kimi tanınan HƏMAS liderlərindən biri Saleh əl-Arurinin Beyrutda öldürülməsinə cavab olaraq İsraili "cəza" ilə hədələyib. SİA bu barədə rus saytlarına istinad edir.

Nəsrullahın cümə günü etdiyi çıxışında dediyi kimi, “Əl-Arurinin öldürülməsinə cavab olaraq sussaq, bütün Livan hücuma məruz qalacaq”.

Eyni zamanda, “Hizbullah” rəhbəri qrupun hansı tədbirləri görəcəyini dəqiqləşdirməyib və birbaşa İsrailə müharibə elan etməkdən çəkinib.

Nəsrullah həmçinin İraq hakimiyyətini “tarixi fürsətdən” yararlanmağa və ölkədə ABŞ hərbçilərinin mövcudluğundan xilas olmağa çağırıb.

Cümə günü səhər İraqın baş naziri Məhəmməd əl-Sudani ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın ölkədəki bazalarının bağlanması üçün təkliflər hazırlayacaq komissiyanın yaradıldığını elan edib.

Bu, Bağdadda ABŞ bazalarına hücumlara görə məsul olan yerli iranpərəst qrupun liderlərindən birinin ABŞ ordusu tərəfindən öldürülməsinə reaksiyadır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə