Ukrayna Hindistandan silah almağa başlayıb

Ukrayna Hindistandan silah almağa başlayıb

Rusiya hakimiyyəti Hindistanda istehsal olunan sursatların Avropa vasitəsilə Ukraynaya tədarükü ilə bağlı narahatlığını Yeni Dehlinin diqqətinə çatdırıb. Hindistanın “The Economic” Times nəşrindəki mənbələrə görə, Ukrayna Silahlı Qüvvələrinin 2023-cü ilin üçüncü rübündə Hindistandan 155 mm-lik artilleriya mərmiləri aldığı güman edilir. SİA bu barədə rus saytlarına istinad edir.

Hindistan Ukraynaya sursat verən ölkələr sırasında deyil. Sursat üçüncü ölkə tərəfindən Sloveniya və ya Polşa vasitəsilə Kiyevə göndərilə bilər.

Nəşrin həmsöhbətləri bildirirlər ki, Ukrayna Silahlı Qüvvələrinə sursatların çatması məsələsini ölkənin təhlükəsizlik orqanları öz üzərinə götürüb.

İddialara görə, Qərb dövlətlərindən biri Hindistandan 155 mm-lik artilleriya mərmiləri alıb və onları NATO üzvü olan Avropa dövləti vasitəsilə Ukraynaya çatdırır.

…Biz bu barədə bir sıra KİV-də xəbərlər görmüşük. Biz qətiyyətlə bildiririk ki, Ukraynaya heç bir artilleriya mərmisi verməmişik.

Bunu Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caisval brifinq zamanı deyib. O, Hindistanın belə mərmi satmadığını və ötürmədiyini də açıqlayıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə