Belarus hakimiyyəti ölkənin İsveçdəki səfiri Dmitri Mironçiki məsləhətləşmələr üçün Minskə geri çağırıb. Öz növbəsində, İsveçin Belarusdakı müvəqqəti işlər vəkili məsləhətləşmələr üçün Stokholma geri çağırılıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə İsveç Xarici İşlər Nazirliyi “Azadlıq” radiosunun Belarus xidmətinə bildirib.
Qeyd edək ki, diplomatik nümayəndəliklərin rəhbərlərinin geri çağırılması ölkələr arasında münasibətlərin növbəti kəskinləşməsinin nəticəsi olub. Buna səbəb Belarus hakimiyyətinin Stokholmun xaricdəki Belarus demokratik icmasına rəsmi nümayəndə təyin etməsinə kəskin reaksiyası olub. Qeyd edək ki, noyabrda bu vəzifəyə əvvəllər İsveçin Minskdəki səfirliyində çalışmış diplomat Kristina Yohansson təyin edilib.
İsveç Xarici İşlər Nazirliyi bu təyinatdan sonra rəsmi Minskin nümayəndələri ilə danışıqlar apardığını bildirib. Onların təfərrüatları barədə məlumat verilmir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB