2024-cü ilin ilk günündə Orta Şərq yenidən qan gölünə çevrildi. İsrailin Qəzzada işğal əməliyyatı və qırğınları fasiləsiz olaraq davam edir. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
22 min insan həyatını itirdi və hər keçən gün daha yüzlərlə insan öldürülür. Qərb ölkələri gileylənsələr də, İsraili dəstəkləməyə davam edirlər. İsrail rəsmiləri dünyanın gözü qarşısında artıq Qəzzanın boşaldılmasının necə aparılması ilə bağlı dünyaya açıqlamalar verməyə başlayıb. "Həmas" və digər fələstinli müqavimət təşkilatları qarşılarındakı böyük güc asimmetriyasına baxmayaraq müqavimət göstərməkdə davam edirlər. İsrail isə açıq şəkildə müharibəni genişləndirmək üçün ehtiyatsız addımlar atır. Bu yaxınlarda Türkiye Kəşfiyyatı MOSSAD-ın Türkiyədəki fəaliyyətinə və casus şəbəkəsinə böyük zərbə vuran hərtərəfli əməliyyatlar həyata keçirərkən, İsrail Hərbi Hava Qüvvələri 2006-cı ildən bəri ilk dəfə Beyrutu bombalamaqdan və "Həmas"ın önəmli simalarından birini öldürməkdən çəkinmədi və yenə İranda yanvarın 3-də Qasim Süleymaninin anım mərasimi zamanı bir-birinin ardınca bombalar partladı, yüzə yaxın insan həyatını itirdi, İsrail bir neçə gün əvvəl Suriyada mühüm bir iranlı generalı hədəf alaraq öldürdü. Bu hərəkət kursları açıq şəkildə İsrailin müharibəni regionallaşdıraraq ABŞ və digər Qərb ölkələrini İrana qarşı hərbi müdaxiləyə məcbur edir. İran isə hələ də husilərin Bab əl-Məndeb və Qırmızı dənizi bağlamaq cəhdlərindən başqa ciddi bir cavab verməyib. Son hadisələrdən sonra Hizbullahın Şimaldakı mövcud məhdud hərbi fəaliyyətini yeniləyib-yenilməyəcəyini görmək qalır, lakin görünür ki, İsrail-Fələstin münaqişəsi tədricən də olsa, genişlənəcək. Orta Şərqdə daha bir cəbhə Sudandadır. Təəssüflər olsun ki, orada minlərlə dinc insanın həyatını itirməsinə səbəb olan vətəndaş müharibəsi gedir və görünən odur ki, bəzi ölkələr, xüsusən də BƏƏ oduna benzin tökür.
Şimalda Rusiya ilə Ukrayna arasında münaqişələr yenidən artıb. Xüsusən də Rusiyanın Qərb dövlətlərinin Ukraynanı dəstəkləməkdə tərəddüd etmələrindən istifadə edərək prosesi öz xeyrinə idarə etmək istəyi gündəmdədir. ABŞ Konqresinin Ukraynaya yardımı mane olması və Qərb ölkələrinin hazırkı müdafiə sənayesi istehsalı ilə Ukraynanı effektiv dəstəkləyə bilməməsi balansı Rusiyanın xeyrinə dəyişməyə başladı. Burada təbii ki, Qəzza məsələsinin önə çıxması Ukraynaya dəstəyi kölgədə qoyub. Qərb üçün qərar anı yaxınlaşır, ya dəstəyini daha mənalı səviyyəyə yüksəldəcək və Rusiya təcavüzünü balanslaşdıracaq, ya da Rusiya meydanı öz xeyrinə formalaşdıracaq və Ukraynanı küncə sıxışdırmağa başlayacaq.
Nəhayət, 2023-cü ildən miras qalan əsas münaqişə zonaları mövcud olmaqda davam edərkən, həm Şimalda, həm də Orta Şərqdə mövcud münaqişələrin böyüməsi və regional xarakter alması ehtimalı artır. Təəssüf ki, bu məqamda 2024-cü illə bağlı nikbin fikirlər söyləmək mümkün görünmür.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



