Fələstinlilərə Əqsa məscidində namaz qılmağa icazə verilməyib?

Fələstinlilərə Əqsa məscidində namaz qılmağa icazə verilməyib?

İsrail polisi hər cümə olduğu kimi Əqsa məscidində cümə namazı qılmaq istəyən fələstinlilərə müdaxilə edib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, cümə namazından əvvəl Əqsa məscidini dəmir baryerlərlə əhatə edən İsrail qüvvələri fələstinlilərə Əqsa məscidinə daxil olmasına icazə vermədi.
İsrail polisi Əqsa məscidi ətrafındakı küçələrdə namaz qılmaq istəyənlərə də icazə verməyib.
İsrail qüvvələri Əqsa məscidi ətrafında toplaşan fələstinlilərə də sərt şəkildə müdaxilə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə