Türkiyə ilə Böyük Britaniya arasında Birgə İqtisadiyyat və Ticarət Komitəsi (JETCO) Protokolu və Fəaliyyət Planı imzalanıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Ticarət naziri Ömər Bolat və Böyük Britaniyanın Beynəlxalq Biznes və Ticarət üzrə naziri Kemi Badenok İstanbuldakı Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) mərkəzində 7-ci Dövr Türkiyə-Birləşmiş Krallıq JETCO toplantısında görüşüblər.
Toplantıdan sonra Bolat və Badenok Türkiyə-Birləşmiş Krallıq JETCO Protokolu və Fəaliyyət Planını imzalayıblar.
İmzalanma mərasimindən sonra çıxış edən Ömər Bolat Böyük Britaniyanın Türkiyənin ən mühüm ticarət tərəfdaşlarından biri olduğunu bildirib.
Nazir Ömər Bolat iki ölkə arasında artan sərmayələrə də diqqət çəkərək, Türkiyə ilə Böyük Britaniya arasındakı Azad Ticarət Müqaviləsini 2024-cü ildə genişləndirməyi ümid etdiklərini ifadə etdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB