Belqorod vilayətində sakinlərin təxliyəsi baş verə bilər...

Belqorod vilayətində sakinlərin təxliyəsi baş verə bilər...

Belqorod vilayətinin hakimiyyət orqanları yerli sakinlərə təhlükəsiz ərazilərə evakuasiya etmək imkanı verə bilər. Bunu vilayət qubernatoru Vyaçeslav Qladkov deyib. O, istəyənlərə ona və ya Belqorod meri Valentin Demidova eləcə də fövqəladə qaynar xəttlərə müraciət etməyi tövsiyə edib. Qladkovun sözlərinə görə, sakinlərə həmin gün Starıy Oskol və Qubkin şəhərlərindəki müvəqqəti yaşayış mərkəzlərinə müvəqqəti köçməyə köməklik göstəriləcək.

Belqorod və bölgə son bir həftə ərzində kütləvi atəşə məruz qalıb. Dekabrın 30-da raket hücumu nəticəsində 24 nəfər ölüb, 100-dən çox insan yaralanıb. O vaxtdan bəri, demək olar ki, hər gün bölgənin atəşə tutulması baş verir.

Qeyd edək ki, Belqorod vilayətinə hücum dekabrın 29-da Rusiya qoşunlarının Ukraynanı kütləvi şəkildə atəşə tutmasından sonra baş verib. Daha sonra ölkənin müxtəlif bölgələrində 40-a yaxın dinc sakin həlak olub.

Rusiya hakimiyyəti atəşə görə Ukrayna silahlı qüvvələrini günahlandırır. Rusiya prezidenti Vladimir Putin Belqoroda endirilən zərbələri terror aktı adlandırıb.

Amma maraqlıdır ki, Ukrayna ordusunun atəşə tutulması adətən şərh edilmir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə