ABŞ-da bombardmançı təyyarə qəzaya uğrayıb

Ellsworth Hərbi Hava Qüvvələri bazasından verilən açıqlamaya görə, hava qüvvələrinə məxsus "B-1B Lancer" bombardmançı təyyarəsi eniş zamanı yerə çırpılıb
ABŞ-da bombardmançı təyyarə qəzaya uğrayıb

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Cənubi Dakota ştatında bombardmançı təyyarə qəzaya uğrayıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Ellsworth Hərbi Hava Qüvvələri bazasından verilən açıqlamaya görə, hava qüvvələrinə məxsus "B-1B Lancer" bombardmançı təyyarəsi eniş zamanı yerə çırpılıb.
Yerli vaxtla saat 17.50-də baş verən qəzada 4 nəfərlik ekipajdan heç kim xəsarət almayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə