Leysan yağışları və daşqınlardan zərər çəkən Pas-de-Kale əyalətinin şimalında indiyədək təxliyə edilənlərin sayı 371 nəfərə çatıb.
Fransanın şimal və şərqində günlərdir davam edən daşqınlar nəticəsində bir nəfər ölüb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, yerli mətbuat arqanlarının yaydığı məlumata əsasən, jandarm qüvvələri dünən daşqınlardan zərər çəkmiş Loire-Atlantique əyalətində 73 yaşlı bir kişinin meyitini aşkarlayıb.
Leysan yağışları və daşqınlardan zərər çəkən Pas-de-Kale əyalətinin şimalında indiyədək təxliyə edilənlərin sayı 371 nəfərə çatıb.
Region üzrə 189 qəsəbə və şəhərdə 1299 ev daşqınlar nəticəsində zərər görüb.
Fransa Meteorologiya İdarəsi daşqınların baş verdiyi Pas-de-Kaledə əyalətində "qırmızı həyəcan"ın davam edəcəyini bildirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB