“Ailə üzvlərimə qarşı sanksiyaları götürün, ukraynalı məhbusları qaytarım!”
Çeçenistan rəhbəri Ramzan Kadırov ailə üzvlərinə qarşı sanksiyaların ləğvi müqabilində Ukrayna Silahlı Qüvvələrinin əsir düşmüş əsgərlərini azad etməyi təklif edib.
SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə Qroznıda hüquq-mühafizə orqanlarının əməkdaşlarının formalaşdırılması zamanı bildirib.
...Bizim Donetskdə, Luqanskda götürdüyümüz əsirlərimiz var. Mən qonağımıza (BMT-nin İraqın kütləvi qırğın silahlarının məhv edilməsinə nəzarət üzrə keçmiş müfəttişi Skot Ritter – A.B.) əsirlərin siyahısını çatdırıram. Məndən başqa anama, qızlarıma, günahsız insanlara, atlara qarşı sanksiyaları aradan qaldırsalar, o zaman bu insanlardan imtina edəcəyik.
Bunu Ramzan deyib.
Qeyd edək ki, siyahı Ritterə təhvil verilərkən əsir düşmüş ukraynalıların videoyazısı nümayiş etdirilib. Videoda Kadırovun qohumlarına, onun təyyarələrinə və atlarına qarşı sanksiyaların götürülməsi şərti ilə 20 məhbusun azad edilməsinin təklif edildiyini bildirilir.
Yeri gəlmişkən, cümə günü Qroznının mərkəzində hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı və hərbi texnikanın təqdimatı ilə genişmiqyaslı birləşmə keçirilib. Tədbirdə BMT-nin İraqın kütləvi qırğın silahlarının məhv edilməsinə nəzarət üzrə keçmiş müfəttişi, əvvəllər ABŞ Dəniz Piyadaları Korpusunda kəşfiyyat xidmətində çalışmış Skott Ritter iştirak edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB