Ukrayna əsgərləri düşmənin 2S4 “Tülpan” özüyeriyən minaatanını məhv etmək üçün yüksək dəqiqliyə malik M982 Excalibur mərmisindən istifadə ediblər.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, sosial şəbəkələrdə ukraynalı əsgərlərin uğurlu hücumunun videosu yayımlanıb.
...240 mm-lik özüyeriyən 2S4 “Tülpan” ağır minaatanının ekipajı ilə birlikdə məhv edilməsinin möhtəşəm görüntüləri! “Kölgə” aviakəşfiyyat bölməsinin dron operatorları atəşi nizamlayıblar və yüksək dəqiqlikli M982 Excalibur ilə artilleriya zərbəmiz bu alovlu videonu çəkib.
Bunu yayımlanan videonun müəllifi qeyd edir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB