Nepal hakimiyyəti Rusiya və Ukraynada vətəndaşlara iş icazələrinin verilməsini dayandırıb. Hökumət bu qərarı Rusiya ordusuna cəlb edilmiş ən azı 10 nepallının Ukraynada həlak olmasından sonra verib. Əvvəllər Katmandu (Nepalın paytaxtı-A.B.) Moskvadan nepallıları işə götürməyi dayandırmağı və artıq işə götürülənləri vətənə qaytarmağı tələb edirdi.
SİA-nın Nepal hakimiyyətinə yaxın mənbəələrdən aldığı məlumata görə, bu ölkədən ən azı 200 muzdlu artıq Rusiya tərəfində Ukraynaya qarşı döyüşə bilər. Onların müqavilə əsasında orduda xidmət edib-etmədikləri, yoxsa PMC-lərə cəlb olunmaları göstərilmir. Nepalın xarici işlər naziri Narayan Prakash Saud bildirib ki, 100 nəfərin harada olduğu bilinmir.
Qeyd edək ki, Nepal öz vətəndaşlarına xaricdə iş icazəsi verir, onların dinc peşələrdə işlə təmin olunmasına ümid edir. Nepal qanunları bir neçə dost ölkə, xüsusən Hindistan və Böyük Britaniya istisna olmaqla, vətəndaşların digər ölkələrin ordularında xidmət etmələrini qadağan edir.
Xatırladaq ki, ötən il dekabrın əvvəlində Rusiya tərəfində vuruşan 6 Nepal vətəndaşının Ukraynada öldüyü məlum olub. Sonradan onların sayı 10-a çatdı.
Həmçinin, bir nepallının Ukrayna hərbçiləri tərəfindən əsir götürüldüyü də iddia edilir və Katmandu hazırda onun azad edilməsinə çalışır.
Yeri gəlmişkən ölkənin Xarici İşlər Nazirliyi vətəndaşları hər iki tərəfdən Ukraynadakı müharibədə iştirak etməməyə çağırıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB