...İşğal olunmuş Krıma dünənki hücum nəticəsində Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun öldürülə biləcəyi ilə bağlı internetdə getdikcə daha çox xəbərlər peyda olur.
Qeyd edək ki, general Valeri Gerasimovun Ukraynanın Krıma dünənki raket zərbələri nəticəsində öldürüldüyü barədə məlumatlar var. Gerasimov Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və Rusiya Müdafiə nazirinin birinci müavinidir. Hazırda məlumat təsdiqini tapmayıb...
SİA-nın əldə etdiyi məlumata görə, bunu “Visegrád 24” yazır.
Ukraynanın “Cənub” könüllü ordusunun rəhbəri Sergey Bratçuk bunun doğru olduğuna inanmır.
...Orada kimin vurula biləcəyi ilə bağlı bir çox versiyalar var, hətta məşhur Gerasimov soyadını da eşitmişəm. Bu, yaxşı xəbər olardı, amma məncə, doğru olma ehtimalı azdır. Amma bu komandanlıq məntəqəsində Rusiya işğalçı ordusunun bir neçə yüksək rütbəli zabitinin və ya generalının vurulması faktı doğrudur.
Bratçuk bunu “Espresso”-da bildirib.
Ukrayna Təhlükəsizlik Xidmətindən “unian.net”-ə bildiriblər ki, Gerasimovun mümkün ölümü ilə bağlı məlumatları hələlik şərh edə bilmirlər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB