İrandakı terror aktına görə həbslər başlayıb

İrandakı terror aktına görə həbslər başlayıb

SİA xəbər verir ki, İran daxili işlər naziri Əhməd Vahidi hücumla əlaqəsi olan bəzi şəxslərin saxlanıldığını açıqlayıb.

Vahidi açıqlamasında "Kəşfiyyat qrupları Kirmandakı terror partlayışlarında iştirak edən şəxslərlə bağlı faktlar tapıb və bu hadisədə rolu olan bəzi şəxslər saxlanılıb" deyə qeyd edib.

Vahidi hücumlarda ölənlərdən 30-nun uşaq olduğunu da vurğulayıb. Digər tərəfdən ölkə mətbuatına əks olunan xəbərlərdə 2 yaşlı qız uşağının da hücumda həyatını itirdiyi bildirilib.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə