Apple birinciliyi itirə bilər

Apple səhmlərində bir həftə ərzində ikinci dəfə azalma müşahidə edilib. SİA xəbər verir ki, ilin ilk həftəsində “Apple”ın bazar dəyəri 170 milyard dollar azalıb. Apple və Microsoft arasındakı fərq 100 milyon dollardan aşağı düşərək, son 2 ilin ən aşağı səviyyəsinə çatıb.

Şirkətin səhmləri 1,4 faiz ucuzlaşaraq hər səhmə görə 181,6 dollara düşüb. Bununla beləApple hələ də 2,8 trilyon dollardan çox kapitalla dünyanın ən yüksək bazar dəyərinə malik şirkət olma xüsusiyyətini qoruyur.

Əvvəlki dövrdə Microsoft-un dəyəri 2,73 trilyon, Apple-ın dəyəri isə 2,83 trilyon dollar civarında idi.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə