Yakut müstəqil qəzeti “Tuymaada”nın naşiri və baş redaktoru Aleksandr Yakovlev nəşrin bağlandığını elan edib. Onun sözlərinə görə, Yakut Respublika mətbəəsi qəzetin nəşri ilə bağlı müqaviləni yeniləməkdən imtina edib. Dövlət qurumu qərarını ciddi xərclərlə izah edib, çünki qəzetlərin çapı rentabelli deyil.
SİA-nın əldə etdiyi məlumata görə, həftəlik “Tuymaada” 2000-ci illərin ortalarından nəşr olunur və hakimiyyəti tənqid edən materiallar eləcə də korrupsiya sxemlərinin təhqiqatlarını dərc edir. Hazırda nəşrin tirajı 3-3,5 min nüsxədir, təxminən yarısı abunə yolu ilə yayılır.
...Bir çoxları kimi varlı şirkətlərdən subsidiya və ya maliyyə istəyib kiminsə ruporuna çevrilmək istəmirəm.Ona görə də jurnalist vəzifəsini yerinə yetirdiyim hissi ilə, ürəyi yüngül, amma təəssüf hissi ilə qəzeti bağlamaq qərarına gəldim.
Bunu bildirən Yakovlev, bundan sonra bizneslə məşğul olacağını vurğulayıb. O, fərdi sahibkar kimi qeydiyyata alınıb və Kommunist Partiyasından Yakutsk Şəhər Dumasının deputatıdır.
Yeri gəlmişkən, Yakut Respublika mətbəəsi rayonda magistral müəssisə statusuna malikdir. Bu, güzəştli kreditləşmə və digər dövlət dəstəyi tədbirlərindən yararlanmağa imkan verir. Mətbəə federal nəşrlərin, hökumət tərəfindən təsis edilmiş respublika qəzetlərinin, bələdiyyə eləcə də özəl həftəlik qəzetlərin bütün nömrələrini çap edir. “Tuymaada” istisna olmaqla, bütün redaksiyalarla çap xidmətləri üzrə müqavilələr qüvvədə qalır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB