...Bu arada Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyası Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski və Dövlət Dumasının vitse-spikeri Vladislav Davankovu Rusiya prezidenti vəzifəsinə namizəd kimi qeydə alıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Slutski LDPR-nin sədri, Davankov isə Yeni Xalq Partiyasından namizəddir. Hər ikisi parlament partiyalarının təmsilçiləri olduğundan namizəd kimi qeydiyyatdan keçmək üçün seçici imzalarını toplamaq lazım deyil.
Mərkəzi Seçki Komissiyası həmçinin Rusiya Kommunistləri Partiyasının sədri Sergey Malinkoviçin etibarlı nümayəndələrini qeydə alıb - dekabrın 28-də partiya üzvləri onu prezident seçkilərində namizəd kimi irəli sürüblər. O, parlamentdə olmayan partiyanın namizədi olduğu üçün yanvarın 31-dək rusların 100 min imzasını təqdim etməlidir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB