Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Rusiya ilə Ukrayna arasında baş tutan məhbus mübadiləsini alqışlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə BMT-dən verilən məlumatda bildirilib.
Məlumatda bunun Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya hücumundan sonra ən böyük əsir mübadiləsi olduğu və bu çərçivədə 230 Ukrayna və 248 Rusiya hərbi əsirinin azad edildiyi qeyd edilib.
Məlumatda Antonio Quterreşin məhbus mübadiləsini alqışladığı və vasitəçilik fəaliyyətinə görə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) təşəkkür etdiyi bildirilib.
Məlumatda həmçinin Antonio Quterreşin bu addımın daha çox məhbus mübadiləsinə yol açacağına ümid etdiyi və bunun gərginliyin azaldılması səylərinə töhfə verəcəyi bildirilib.
Dünən BƏƏ Rusiya ilə Ukrayna arasında “müharibə başlayandan bəri ən böyük əsir mübadiləsindən birinin” baş tutduğunu açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB