Çərşənbə günü İranda Qasım Süleymaninin məqbərəsi yaxınlığında törədilən və azı 89 nəfərin ölümü ilə nəticələnən hücuma görə məsuliyyəti DEAŞ terror təşkilatı öz üzərinə götürüb. SİA xəbər verir ki, hücumlardan sonra İranda intiqam səsləri yüksəlməyə başlayıb.
İran prezidenti İbrahim Rəisi və İnqilab Keşikçiləri Ordusu nümayəndəsi general-mayor Hüseyn Səlami hücumda həyatını itirənlərin dəfn mərasimində iştirak etmək üçün Kirmana gediblər.
İran prezidenti televiziyada yayımlanan çıxışında, "Düşmənlərimiz İranın qüdrətini görür, bütün dünya bizim qüdrətimizi və nəyə qadir olduğumuzu bilir. Harada və nə vaxt hərəkətə keçəcəyimizə qüvvələrimiz qərar verəcək" ifadələrini işlədib.
Dəfn mərasimində İnqilab Keşikçiləri Korpusunun komandanı İŞİD-i nəzərdə tutaraq “Harada olursunuzsa olun, sizi tapacağıq” deyə qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB