...Ukrayna Xarkov yaxınlığında rus qoşunlarının hücumuna hazırlaşır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Britaniyanın “The Telegraph” qəzeti anonim yerli rəsmilərə istinadən yazır.
Kiyev bunun yanvarın 15-də başlayacağını proqnozlaşdırır və artıq Rusiya Silahlı Qüvvələri şəhər və ətraf yaşayış məntəqələri yaxınlığında Ukrayna mövqelərini eləcə də Ukrayna Silahlı Qüvvələrinin obyektlərini atəşə tutmağı intensivləşdirir.
Qəzet yazır ki, bu, yaxın həftələrdə genişmiqyaslı hücuma hazırlıq kimi qiymətləndirilir.
Bundan əvvəl Rusiya Federasiyası Təhlükəsizlik Şurası rəhbərinin müavini, “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedev Rusiyanın hazırkı çağırışlardan uğurla çıxacağına və qələbə qazanacağına əminliyini ifadə etmişdi.
O əlavə etmişdi ki, Odessa, Dnepropetrovsk, Xarkov, Nikolaev, Kiyev bir çox müvəqqəti işğal olunmuş şəhərlər... Rusiyanın şəhərləridir. Medvedevin sözlərinə görə, onların hamısı kağız xəritələrdə və elektron planşetlərdə hələ də sarı və mavi rənglərlə qeyd olunub.
Hərbi ekspert Anatoli Matviyçuk NEWS.ru ilə söhbətində Kiyevin ələ keçirilməsinin Rusiya Silahlı Qüvvələrinin Kramatorska çatması ilə mümkün olacağını bildirib. O, Ukrayna Silahlı Qüvvələri qruplaşmasının Donetsk istiqamətində məğlubiyyətindən sonra Ukrayna paytaxtına hücumun real olacağını istisna etməyib.
Matviyçuk qeyd edib ki, Kiyevi nəzarətə götürmək üçün rus ordusuna 500 minə yaxın əsgər lazımdır. O, Ukrayna Silahlı Qüvvələrinin paytaxt ərazisinə Rusiya tərəfinin hücumu zamanı qoruyucu strukturların inşasında iştirak edən 150 min əsgəri yerləşdirdiyini bildirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB