Kim Çen Inın varisi bəlli olub

Kim Ju-ae Şimali Koreya liderinin "ən sevilən" uşağı kimi təsvir edilir. SİA xəbər verir ki, Ona yaradılan imkanlara işarə edilərək, onun gələcəkdə atasının yerinə keçə biləcəyi bildirilib.

Bu iddia 10 yaşında olduğu deyilən Kim Ju-ae-nin gələcək rolu ilə bağlı gərgin spekulyasiyalardan sonra irəli sürülüb.

Kimin qızı ilk dəfə 2022-ci ilin noyabrında atası ilə uzun mənzilli raket sınağı zamanı ictimaiyyət qarşısına çıxıb.

Milli Kəşfiyyat Xidmətinin qiymətləndirməsi Şimali Koreyanın cümə günü dənizə top gülləsi atmasından sonra verilib.

Cənubi Koreyanın kəşfiyyat agentliyinin bu qiymətləndirməsi Kimin ictimai fəaliyyətinin və ona təqdim olunan dövlət protokollarının təhlilinə əsaslanır.

Qeyd olunub ki, yanvarın 8-də 40 yaşı tamam olacaq Kim Çen Inın hələ gənc olması, səhhətində ciddi problem olmadığı və ən azı bir övladının olması səbəbindən Şimali Koreyada hakimiyyətin ötürülməsi ilə bağlı bütün imkanlar nəzərə alınıb.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə